"Barselona"nın futbolçusu Lionel Messi bir reklam çarxının imza günündə özü ilə bağlı açıqlama verib.Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, argentinalı hücumçu həyatının ən çətin dönəmini 13 yaşında "Barselona"ya gedən zaman keçirdiyini deyib: "Ailəmi, dostlarımı, hər şeyi Argentinada qoyub, yeni bir həyata başladım. Barselonada tanıdığım bir insan belə yox idi. Amma bundan peşman deyiləm. Xəyallarımı gerçəkləşdirdim".Qeyd edək ki, Messi "Barselona"da ilk matçına 2003-ci il noyabrın 16-ı "Portu" ilə görüşdə çıxıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !