Messi: "Mənim üçün çox çətin idi"

21:12 | 20.01.2014
Messi: "Mənim üçün çox çətin idi"

Messi: "Mənim üçün çox çətin idi"

"Barselona"nın futbolçusu Lionel Messi FİFA-nın saytına açıqlama verib.Qol.Az-ın fifa.com-a istinadən verdiyi məlumata görə, 2 ay yaşıl meydanlardan uzaq qalan argentinalı hücumçu bu müddətin onun üçün çox ağır keçdiyini deyib: "Barselona"nın matçlarını televiziyadan izləmək mənim üçün çox çətin idi. Amma Argentinaya gedərək klubumdan uzaqlaşmaq yaxşı oldu.  İki ay futbol oynamamaq mənə fiziki cəhətdən yaxşı təsir etdi".Braziliyada bu il təşkil olunacaq dünya çempionatı haqda da danışan Messi bildirib: "Turnirin başlamasına təxmini 6 ay qalıb, amma hələ də bu, mənə uzaq görsənir. Çünki DÇ-2014-dən öncə Çempionlar Liqası, La Liqa və Kral kubokunda görəcəyimiz işlərimiz var. Dünya çempionatını düşünmək indidən məni həyəcanlandırır".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti