Türkiyədə baş verən mədən faciəsi dünya futbol ictimaiyyətinin diqqətindədir.Qol.Az-ın məlumatına görə, Kriştiano Ronaldo və Lionel Messi kimi ulduz futbolçular da Somada baş verən dəhşətli faciəyə biganə qalmayıblar. Onlar sosial şəbəkə vasitəsi ilə Türkiyəyə başsağlığı veriblər.Messi: "Manisada baş verən mədən qəzasında həlak olan insanların ailələrinə, bütün Türkiyəyə başsağlığı verirəm". Ronaldo: "Qəlbim Soma faciəsində yaxınlarını itirən ailələrin yanındadır. Hələ də yerin altındaq qalan işçilərin sağ qalması üçün dua edirəm..."
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !