930 metr uzunluğunda olan Məsud Davudoğlu küçəsi əsaslı şəkildə təmir olunur.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən anews.az-a verilən məlumata görə, əsaslı təmir çərçivəsində küçənin eni 11-12 metrə qədər genişləndirilir.
Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun 8 min m2-dən çox sahəsinə iki qat olmaqla, yeni asfalt-beton örtüyü döşənəcək.
Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri qurulur, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına iki min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə "cib”li dayanacaq hissələr yaradılır.
Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçün 36 ədəd yeni baxış qapaqları qoyulacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !