Futbolçunun transferi üçün "sarı-qırmızılar" danışıqlar başlayıb“Qalatasaray” klubu “Arsenal”ın türk əsilli futbolçusu Məsud Özili transfer etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.İddiaya görə, Məsud Özilin transferi üçün iki klub arasında ilk görüş keçirilib. Görüşdə “Arsenal” klubu M.Özilin “Qalatasaray”a transfer edilməsinə razılıq verdiyi bildirilir. Lakin indi söz M.Özildədir. “Qalatasaray” klubu onun qərarını gözləyir.Qeyd edək ki, M.Özil İngiltərənin “Aresenal” klubuna “Real Madrid”dən 47 mln. avro müqabilində transfer olunmuşdu. Lakin futbolçu “kral klubu”ndakı uğurunu “Arsenal”da təkrarlaya bilməyib. Bu isə klub rəhbərliyinin narazılığına səbəb olub. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !