Məsud Özildən aqressiv hərəkət

17:45 | 12.04.2019
Məsud Özildən aqressiv hərəkət

Məsud Özildən aqressiv hərəkət

İngiltərə Premyer Liqasında 32-ci tur çərçivəsində keçirilən "Everton" - "Arsenal" (1-0) matçında türk əsilli alman futbolçu Məsud Özilin etdiyi hərəkət İngiltərə mətbuatında gündəm olub.

Oyunda aşağı performans göstərən 30 yaşlı futbolçu 74-cü dəqiqədə əvəzlənib.

Ehtiyat oyunçular skamyasına yaxınlaşan futbolçu hər iki komandanın məşqçiləri olduğu tərəfə öz gödəkçəsini tullayıb.

Özil oyunun birinci hissəsində rəqib klubun oyunçusu Şeymus Koulmanla da münaqişə yaşayıb.

Kritik xal itkisi yaşayan "Arsenal" çempionatda 63 xalla 4-cü sıradadır./milli.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM