İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sevgilisi Françeska Paskalın əlaqələrinin necə başladığı və gündəlik həyatları bir kitabda cəmlənəcək.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı Paskal Berluskoninin əvvəlcə aralarındakı 50 illik yaş fərqinə görə tərəddüd etdiyini, ancaq özünün "Mən sənə aşiqəm, sən də mənə aşiq olacaqsan" deməsini xatırladıb.
"Ona aşiq oldum. Yavaş-yavaş "İrəli, İtaliya"ya (Berluskoninin partiyası) yaxınlaşmağa başladım. 5 oktyabr 2006-cı ildə saat 13:50-də böyük an gəlmişdi. "Silvio sənin üçün darıxırıq" adlı qrupdan dörd dəli qızla birlikdə Romada idik. Berluskoninin "Duke Otel"də bir konfransı olduğunu öyrəndik. Dərhal oraya getdik və sonra Berluskoni gəldi. Həqiqətən çox cəlbedici idi. "Liderim, yaraşıqlım dedim. O da gülümsədi və "necəsən" deyə soruşdu. Bir kağıza yazdığım telefon nömrəmi verdim və zəngini gözləyirəm dedim. O da mənə "çox sürətlisən" dedi. Bir neçə gün sonra gecə yarısı telefonuma zəng gəldi. Əvvəl bunun bir zarafat olduğunu sandım. Sonra iki saat boyunca telefonda danışdıq".
Berluskoninin 16 dekabr 2012-ci ildə bir televiziya proqramında əlaqələri haqda açıqlama verdiyini xatırladan Paskal "O zamandan bəri həmişə yanındayam" dedi.
Paskal Berluskoninin şəxsi həyatında "çox şəfqətli, əyləncəli və əsla yorulmayan" biri olduğunu da deyib: "Berluskoniyə evdə "Sevgilim" yaxud "B" deyə müraciət edirəm. Çöldə isə "Rəhbərim" deyə xitab edirəm".
"Baş nazirin ətrafını əhatə edən qadınların demək olar ki, hamısıyla tanış oldum və hamısını da qısqanırdım. Hələ də qısqancam, bir mağazadakı satış müdiri onunla fotoşəkil çəkdirmək istəsə belə qısqanıram. Bu mövzuda siciliyalılardan betərəm", Paskal bildirib
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !