Arsenal"ın futbolçusu Məsut Özil Premyer Liqada uzun zamandan sonra qol sevinci yaşayıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ötən il yay transfer pəncərəsinin son günündə "Real"dan London klubuna 47 milyon avroya transfer olan türkəsilli alman yarımmüdafiəçi sonuncu dəfə "Everton"la görüşdə fərqlənmişdi.
Özil dünən baş tutan "Nyukasl"la matçın 42-ci dəqiqəsində qol vuraraq 141 gün sonra yenidən bu sevinci yaşayıb.
Qeyd edək ki, "Arsenal" - "Nyukasl" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !