İngiltərənin "Arsenal" klubu ciddi itki ilə üzləşib.Qol.Az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından olan Məsut Özil sıradan çıxıb. Bu barədə klubun baş məşqçisi Arsen Venger "Sky Sport"a açıqlamasında deyib. Bildirib ki, alman yarımmüdafiəçi iki və ya üç matçda iştirak etməyəcək.Qeyd edək ki, M.Özil "Nyukasl"la matçda çiynindən zədələnmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !