Çempionlar Liqasının yarımfinalında dünən baş tutan "Çelsi" ilə cavab qarşılaşmasında "Atletiko"nun futbolçusu Arda Turanı "Arsenal"ın türkəsilli alman yarımmüdafiəçisi Məsut Özil və tanınmış jurnalist Acun Ilıcalı tək buraxmayıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar qarşılaşmanı stadiondan izləyərək türk yarımmüdafiəçiyə dəstək olublar. Oyuna həyəcanla baxan M.Özil Ardanın vurduğu qola çox sevinib. A.Turan isə fərqləndikdən sonra Özil və Acunun olduğu tribunaya gedərək qol sevincini onlarla bölüşüb.
Xatırladaq ki, sözügedən qarşılaşma Madrid klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !