• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Meta ikinci rübdə xalis mənfəətini 1,7 dəfə artırıb

Meta ikinci rübdə xalis mənfəətini 1,7 dəfə artırıb
01.08.2024 13:19
ABŞ-ın Meta şirkəti  2024-cü ilin ikinci rübündə xalis mənfəətini 1,7 dəfə, gəlirini 22% artırıb. Bu barədə şirkət özü məlumat yayıb. 

Meta mətbuata açıqlamasında aprel-iyunda xalis gəlirinin keçən ilin eyni dövründəki 7,79 milyard dollar və ya hər bir səhm üçün 2,98 dollar olduğu ilə müqayisədə 13,47 milyard dollar və ya hər səhm üçün 5,16 dollar olduğunu bildirib.
 
FactSet-in sorğusuna qatılan ekspertlər orta hesabla bu rəqəmin hər səhm üçün 4,8 dollar olacağını gözləyirdilər.

Şirkətin gəliri bir il əvvəlki 32 milyard dollardan 39,07 milyard dollara yüksəlib, bazar konsensusunda 38,3 milyard dollarlıq gəlirin 98%-ni reklam gəliri təşkil eib. 

Meta tətbiqlərində reklam mesajlarına baxış sayı və orta reklam qiymətləri hərəsi 10% artıb.

Martın sonunda şirkətin xidmətlərində (Facebook, Instagram, Messenger və WhatsApp) gündəlik aktiv insanların (DAP) orta sayı 3,27 milyard nəfər təşkil edib ki, bu da bir il əvvəlkindən 7% çoxdur.

Meta üçüncü rübdə 38,5 milyard dollardan 41 milyard dollara qədər gəlir əldə edəcəyini proqnozlaşdırır.

Şirkət 2024-cü il üçün minimum kapital xərcləri ilə bağlı proqnozunu 35 milyard dollardan 37 milyard dollara qaldırıb.

Şirkət son rübdə öz səhmlərinin 6,32 milyard dollarını geri alıb və 1,27 milyard dollar dividend ödəyib.

Meta səhmləri hesabatın dərcindən sonra çərşənbə günü əlavə ticarətdə 7,2% bahalaşıb. Bu ilin əvvəlindən onların dəyəri 34% artıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu başlayıb
Dünya 16:12
İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu başlayıb
Tramp Apple-ı tariflərlə hədələyib
Dünya 16:11
Tramp Apple-ı tariflərlə hədələyib
ABŞ Harvard universitetinə xarici tələbə qəbulunu qadağan edib
Dünya 08:28
ABŞ Harvard universitetinə xarici tələbə qəbulunu qadağan edib
G7 Rusiyaya xəbərdarlıq edib
Dünya 08:01
G7 Rusiyaya xəbərdarlıq edib
Aİ Macarıstanın səsvermə hüququndan məhrum edə bilər
Dünya 07:54
Aİ Macarıstanın səsvermə hüququndan məhrum edə bilər
Finlandiya Rusiyanın hərbi fəallığı fonunda müdafiəsini gücləndirir
Dünya 07:49
Finlandiya Rusiyanın hərbi fəallığı fonunda müdafiəsini gücləndirir
İran nüvə şəffaflığını sanksiyaların ləğvi ilə şərtləndirib
Dünya 07:44
İran nüvə şəffaflığını sanksiyaların ləğvi ilə şərtləndirib
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Dünya 22:58
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Tramp və Netanyahu arasında telefon danışığı olun
Dünya 21:30
Tramp və Netanyahu arasında telefon danışığı olun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol