Meta RT və Russia Today-i qadağan edib

11:20 | 17.09.2024
Meta RT və Russia Today-i qadağan edib

Meta RT və Russia Today-i qadağan edib

"Facebook”, "Instagram” və "WhatsApp”ın sahibi olan "Meta” şirkəti Rusiyanın dövlət qurumlarının , RT və "Rossiya Seqodnya” holdinqinin  hesablarını bloklamaq barədə qərar qəbul edib. Bu barədə Reuters şirkətin bəyanatına istinadən xəbər verib.

"Diqqətlə düşündükdən sonra Rusiya dövlət mediasına qarşı tədbirlərimizi genişləndirmək qərarına gəldik. "Russia Today, RT və digər əlaqəli təşkilatlara xaricə müdaxilə cəhdlərinə görə, bütün dünyada platformalarımızdan istifadə etmək qadağan edilib”, - bəyanatda bildirilib.

The Guardian yazıb ki,  bloklama bir neçə gün ərzində tam reallaşdırılacaq. 

Meta-nın qərarı ABŞ-ın sentyabrın əvvəlində Rusiyanı 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərinə müdaxilə etməkdə ittihamından az sonra açıqlanıb.
 
ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki təbliğat təşkilatına və on şəxsə qarşı sanksiya tətbiq edib.
 
Məhdudiyyətlər xüsusən də RT, nəşrin baş redaktoru Marqarita Simonyan və telekanalın beş əməkdaşına aiddir.
 
RT televiziya kanalı, ABŞ səlahiyyətlilərinə görə, amerikalılara təsir etmək üçün rusiyapərəst məlumatlar yayır.
 
Vaşinqton iddia edir ki, RT-nin iki əməkdaşı 2023-cü ilin oktyabrından 2024-cü ilin avqustuna qədər Tennessi ştatında yerləşən şirkətə Youtube, TikTok, Instagram və X sosial şəbəkəsində dərc üçün  9,7 milyon dollar vəsait köçürüb.
 
2023-cü ilin noyabrından amerikalı şirkət Youtube-da 16 milyondan çox baxışı olan  iki minə yaxın video yayıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM