• $
  • €
  • ₽
  • ₺
  • £

Meta senzuranı əhəmiyyətli dərəcədə azaldacaq - Zukerberq

Meta senzuranı əhəmiyyətli dərəcədə azaldacaq - Zukerberq
08.01.2025 11:53
Meta fakt yoxlayıcılarından xilas olacaq, "senzuranı əhəmiyyətli dərəcədə azaldacaq" və tövsiyə olunan siyasi məzmunun miqdarını artıracaq. Bu barədə Mark Zukerberq şirkətin internet saytında dərc olunan müraciətində bildirib.

"Hökumətlər və ənənəvi media getdikcə daha çox senzuraya can atırlar. Bunun çoxu açıq-aydın siyasidir, lakin qeyri-qanuni şeylər də var: narkotiklər, terrorizm, uşaq istismarı. Sizi əmin etmək istəyirəm ki, biz bu işə məsuliyyətlə yanaşırıq”, - o bildirib.

Şirkət təsisçisi bildirib ki, Meta "fakt yoxlayıcılarından xilas olacaq və onları  X-ə bənzər icma qeydləri ilə əvəz edəcək". 

Şirkət həmçinin "immiqrasiya və gender kimi mövzularda əsas müzakirələrə aid olmayan bir sıra məhdudiyyətlərdən xilas olacaq”.

CNN qeyd edir ki, fakt yoxlayıcı proqramı 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləni asanlaşdıran zəif moderasiya iddiaları fonunda işə salınıb. Meta, Poynter İnstitutu tərəfindən yaradılmış Beynəlxalq Faktların Yoxlanması Şəbəkəsi tərəfindən sertifikatlaşdırılmış fakt yoxlayıcıları ilə əməkdaşlıq edib.

Tramp Zukerberqi 2020-ci il seçkiləri zamanı ona qarşı sui-qəsddə günahlandırıb və 2024-cü ildə keçiriləcək səsverməyə müdaxilə edəcəyi təqdirdə "ömrü boyu həbsxanada qalacağı” ilə hədələyib. 
 
Aytac 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol