• $
  • €
  • ₽
  • ₺
  • £

Mətanət Əzizovanın evindən kompüterlər və sənədlər götürülüb

Mətanət Əzizovanın evindən kompüterlər və sənədlər götürülüb
07.05.2014 11:27
Mayın 6-da Bakıda, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılıb.Mətanət Əzizovanın hüquqi nümayəndəsi Samirə Ağayeva “Turan”a bildirib ki, hüquq mühafizə orqanlarının əməkdaşları evdən üç kompüter, o cümlədən Mətanət Əzizovanın yetkinlik yaşına çatmayan oğlunun kompüterini, fləş-kartları, mənzilin mülk kağızını, bank sənədlərini və vizit kartlarını götürüblər.Axtarışda Samirə Ağayeva və hal şahidləri qismində vətəndaş cəmiyyətinin fəalları Samir Kazımlı ilə Əfqan Muxtarlı da iştirak ediblər.Mətanət Əzizova mayın 1-də Baş Prokurorluğun dövlətə xəyanətdə ittiham etdiyi jurnalist Rauf Mirqədirovun işi üzrə dindirilib. Ona daha çox Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun fəaliyyəti haqqında suallar veriblər. Qadın Krizis Mərkəzi bu İnstitutla eyni ofisdə yerləşir.Axtarışdan az əvvəl Mətanət Əzizovanın həyat yoldaşı Eldar Əzizov prokurorluğa çağırılmışdı.Bu axtarış hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun işi ilə bağlıdır. Eyni iş üzrə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun evində və ofisində də axtarış aparılıb.Qadın Krizis Mərkəzi Sülh və Demokratiya İnstitutu ilə tərəfdaş qurumdur.Mətanət Əzizovanın anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sosial şəbəkə ilə verdiyi məlumata görə, Mətanət Əzizova hazırda xaricdə ezamiyyətdədir. Anası onun hansı ölkədə olduğunu açıqlamayıb.Aprelin 19-da jurnalist Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, institutun eksperti Arif Yunus bu iş üzrə istintaqa cəlb olunublar. Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Türkiyəyə səfərə gedib
Siyasət 19:25
Prezident Türkiyəyə səfərə gedib
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Siyasət 13:27
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 12:31
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol