Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək

11:05 | 24.01.2025
Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək

Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək

Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi əlaqəli təsis edilən medal veriləcək.

Bu, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti