Metro kecidlərində ticarət bərpa edilir

22:35 | 30.05.2014
Metro kecidlərində ticarət bərpa edilir

Metro kecidlərində ticarət bərpa edilir

Bakı Metropoliteni İdarəsinin qərarı ilə keçidlərdə ləğv edilən tcarət obyektlərinin fəaliyyəti bərpa ediləcək. Axar.az xəbər verir ki, bu barədə məlumatı Bakı Metropoliteni stansiyalarının birinin rəisi ticarət obyekti sahibləri ilə görüşündə deyib. Rəis bildirib ki, iki gün əvvəl Bakı Metropoliteni İdarəsində iclas keçirilib. Əsas müzakirə mövzusu da məhz ticarət obyektləri olub. İclasda qeyd edilib ki, keçidlərdəki ticarət köşkləri ləğv edildikdən sonra Metropolitenin gəlirləri fantastik dərəcədə aşağı enib. İdarənin 2 ay ərzində ziyanı 20 milyon manatla ölçülür.Bu ziyan barədə daha yuxarı instansiyalara məlumat verildiyi də qeyd edilib. Müzakirələrdən sonra Bakı Metropolitenində sentyabr ayından etibarən ticarət obyektlərini bərpa etməklə bağlı göstəriş verilib.Xatırladaq ki, iki aydan artıqdır metro keçidlərində köşklər və reklam lövhələri yığışdırılıb. Bunlar idarənin əsas gəlir mənbələrini təşkil edirdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti