Metro stansiyalarındakı bütün turniketlər yenilənəcək

15:26 | 22.09.2015
Metro stansiyalarındakı bütün turniketlər yenilənəcək

Metro stansiyalarındakı bütün turniketlər yenilənəcək

"METRO KART”ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər etibarlıdır. Sentyabrın 30-dan "METRO KART”ın istifadəsi dayandırılacaq və onu istifadə etmək mümkün olmayacaq”.

Bu haqda Modern.az saytına "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi deyib ki, oktyabrın 1-dən metro stansiyalarda mövcud olan köhnə turniketlərin hamısı yeni turniketlərlə əvəzlənəcək. Avqustun 8-də Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Yeni kartlar təkcə metropolitendə deyil, eyni zamanda, "BakuBus” MMC-yə məxsus avtobus marşrutlarında da tətbiq olunur. Yeni vahid ödəniş kartları iki növdə tətbiq edilir:

"BakıKART” və "BakıKART məhdud istifadə üçün” kartları. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür.

Qiymətlərə gəlincə, "BakıKART”ın (plastik kart) satışı 2 manat, "BakıKART məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir. Bir gediş haqqının qiyməti dəyişməyib. Sərnişinlər hər gediş üçün 20 qəpik yükləyirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM