Metroda basabasa son - FOTOLAR

23:30 | 09.08.2014
Metroda basabasa son - FOTOLAR

Metroda basabasa son - FOTOLAR

“Yeni Günəşli”-“Həzi Aslanov-2” stansiyalarında inşaat sürətlənibBakı metropolitenin sərnişin sıxlığı problemi aradan qaldırılacaq. ANS PRESS-in məlumatına görə, “Yeni Günəşli” - “Həzi Aslanov-2” və “Xətai” - “Həzi Aslanov-2” xətləri istifadəyə verildikdən sonra metroda basabas problemi olmayacaq.Hazırda “Xətai”-“Həzi Aslanov-2” - “Yeni Günəşli” sahəsinin tikinti işləri xeyli sürətlənib.Qeyd edək ki, dairəvi xəttin bir hissəsi olan “Yeni Günəşli” - “H.Aslanov-2” sahəsilə yanaşı, uzunluğu 7,0 km olan və 3 stansiyanı əhatə edən “Xətai” - “H.Aslanov-2” sahəsinin istifadəyə verilməsi planlaşdırılır. Bundan sonra ümumi uzunluğu 11.0 km. olan 16 stansiyadan ibarət “Dərnəgül” - “Yeni Günəşli” xəttində tam sərbəst hərəkətin təşkili mümkün olacaq. Nəticədə “H.Aslanov” - “İçərişəhər” xəttində sərnişindaşınmada gərginlik xeyli azalacaq.Metropolitenin yaşıl xəttinin “Xətai-Həzi Aslanov-2” layihəsi üzrə 3 yeni stansiyanın və 7,0 km tunel xəttin çəkilişinin icraçısı “Bouygues Travaux Publijs. LLJ” şirkətidir.Metropolitendən ANS PRESS-ə bildirdilər ki, artıq bu sahadə yerləşəcək üç metro stansiyasının yeri tam dəqiqləşdirilib. Müvafiq təşkilatlarla razılaşdırılaraq texniki pasportlar alınıb.Bu xəttin çəkilməsi “Köhnə Günəşli – “Yeni Günəşli” qəsəbələrinin sakinlərinin rahat və ekoloji cəhətdən təmiz sayilan metro nəqliyyatına olan təlabatını ödəyəcək.Stansiyalar istifadəyə verildikdən sonra sakinlər mənzil başına çatmaq üçün “Xalqlar Dostluğu”, “Əhmədli” stansiyasından müxtəlif yerüstü nəqliyyat növlərindən istifadə etmələrinə ehtiyac qalmayacaq.Müşahidələimiz zamanı gördük ki, artıq “H-Aslanon-2”-“Y-18” stansiyalarının sağ tunelində inşaat işləri davam edir.Köhnə Günəşli istaqamətində tunellərin qazıntısı davam etdirilir. Tunellərdən birinin yaşıl xəttin “H.Aslanov” stansiyasının altından keçən hissəsi uğurla tamamlanıb.Qeyd edək ki, Bakı Metropolitenində 2030-cu ilə qədər 76 stansiya istifadəyə veriləcək. Hələlik metroda 23 stansiya srənişinlərə xidmət göstərir. 53 stansiya isə tikilməkdədir. “Yeni Günəşli”-“Həzi Aslanov-2” və “Xətai”-“Həzi Aslanov” xətlərinin istifadəsi isə yaxın illərdə baş tutacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM