Metroda bu vaqonlar olacaq - FOTOLAR

15:00 | 31.10.2014
Metroda bu vaqonlar olacaq - FOTOLAR

Metroda bu vaqonlar olacaq - FOTOLAR

"Yeni Bənövşəyi xətdə “Avtovağzal-Memar Əcəmi-2” stansiyaları arasında 5 vaqondan ibarət 3 qatarın məkik hərəkət qrafiki üzrə hərəkətin təşkili nəzərdə tutulur.

Bunun üçün “Alstom” və Rusiya Federasiyasının müştərək istehsal etdiyi 81-760-761A tipli vaqonların alınması nəzərdə tutulub". ANS PRESS-in məlumatına görə, bunu "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov YAP-ın veb saytına müsahibəsində deyib. O bildirib ki, yeni xətlərdə istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verəcək:"Yeni stansiyalarda təhlükəsizlik məsələləri optimal səviyyədə həll olunacaq, sərnişin rahatlığı mümkün qədər yüksək həddə çatdırılacaq. Bundan əlavə, stansiya və tunellərin ən müasir idarəetmə, işarəvermə, rabitə, elektrik və digər müvafiq sistem və avadanlıqlarla təchizatının həyata keçirilməsi nəzərdə tutulub",-deyə sədr bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür