Metroda da qiymət artır?

20:55 | 09.09.2014
Metroda da qiymət artır?

Metroda da qiymət artır?

Bakı metropolitenində hazırkı gedişhaqqı rentabelli deyil. Bu barədə Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Anspress-ə bildirib. Onun sözlərinə görə, hazırda metropolitenində gedişhaqqı 20 qəpikdir.“Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Taarif Şurası baxır. Gediş haqqıların artımı üçün metropoliten tərəfindən Taarif Şurasına müraciət daxil olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gedişhaqqılarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqqıların artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 may” stansiyasının yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM