Metroda gediş haqqlarının artırılması məsələsi Tarif Şurasının gündəmində deyil
Iqtisadiyyat və Sənaye Nazirliyindən metroda gediş haqqlarının qaldırılacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev ANS PRESS-ə açıqlamasında yayılan məlumatların əsassız olduğunu qeyd edib.
Onun sözlərinə görə metroda gediş haqqlarının artırılması məsələsi Tarif Şurasının gündəmində deyil.
Qeyd edək ki, kütləvi informasiya vasitələrində metroda gediş haqqlarının artırılacağı ilə bağlı məlumatn yayılıb. Qiymətin 50 qəpiyədək artırıla biləcəyi deyilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !