Metroda Xudayarın ifasının əks olunduğu səs yazısı haqda - Açıqlama

13:13 | 18.05.2021
Metroda Xudayarın ifasının əks olunduğu səs yazısı haqda - Açıqlama

Metroda Xudayarın ifasının əks olunduğu səs yazısı haqda - Açıqlama

Sosial şəbəkədə Bakı Metropoliteninin hələ istifadəyə verilməyən "8 Noyabr” stansiyasında Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında "Vətən yaxşıdır”ın əks olunduğu səs yazısı yayılıb. Qeyd olunur ki, yeni stansiyaya girişdə bu musiqidən istifadə olunacaq.

Anews.az məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O, yayılan səs yazısının montaj olduğunu bildirib:

"Əziz şəhidimizin səsi və "8 Noyabr” stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Yəni reallıqda belə bir şey yoxdur, montajdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb