Metrodan xoş olmayan xəbər - Fotolar

14:39 | 24.02.2015
Metrodan xoş olmayan xəbər - Fotolar

Metrodan xoş olmayan xəbər - Fotolar

"Bakı Metropoliteni” QSC "bənövşəyi" xəttin ilk iki stansiyasını 2014-cü ilin sonunda istismara verilməsi gecikir.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, müəyyən texniki problemlərə görə tikintilər plana əsasən bir az yubanıb.

Metropoliten rəsmisi bildirib ki, "bənövşəyi" xəttin ilk iki stansiyası 2015-ci ilin sonlarına qədər istismara veriləcək. Baxmayaraq ki, planda həmin stansiyaların istismarı bu ilin əvvəllərinə qədər istismara veriləcəkdi, müəyyən texniki səbəblərə görə işlər bir az yubanıb.

Stansiyalar arasında işləyəcək yeni qatarların bu ilin birinci yarımilliyində gətiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, 7 giriş və çıxışdan ibarət "Avtovağzal" ən böyük stansiya olacaq. Bu giriş və çıxışlar da müasir standartlara uyğun olaraq qurulub. Artıq stansiyanın içərisində qatarların hərəkəti üçün relslər quraşdırılıb. Əvvəlki stansiyalardan fərqli olaraq "Avtovağzal" stansiyasında qatara 7 vaqon qoşulacaq. Bütün eskalatorlar hazır vəziyyətə gətirilib. Stansiya müasir işiqlandırma sistemi ilə tam təmin olunub.

"Memar Əcəmi-2” stansiyası isə 5 mərtəbədən ibarət olacaq. Hər bir mərtəbənin hündürlüyü isə 5,8 m.-dir. Metrostansiyanın 3 çıxışı olacaq. "Memar Əcəmi-2” stansiyasında 16 eskalator, 4 lift işləyəcək.

Bundan başqa, Bakı metropolitenin sərnişin sıxlığının aradan qaldırılması üçün "Xətai”-"Həzi Aslanov-2” - "Yeni Günəşli” xətti çəkilir.

"Dairəvi xəttin bir hissəsi olan "Yeni Günəşli” - "H.Aslanov-2” sahəsilə yanaşı, uzunluğu 7,0 km olan və 3 stansiyanı əhatə edən "Xətai” - "H.Aslanov-2” sahəsinin istifadəyə verilməsi planlaşdırılır. Bundan sonra ümumi uzunluğu 11.0 km. olan 16 stansiyadan ibarət "Dərnəgül” - "Yeni Günəşli” xəttində tam sərbəst hərəkətin təşkili mümkün olacaq. Nəticədə "H.Aslanov” - "İçərişəhər” xəttində sərnişindaşınmada gərginlik xeyli azalacaq”, - deyə Nəsimi Paşayev bildirib.

Metropoliten rəsmisinin sözlərinə görə, işlər sürətlə aparılsa da, həmin yeni xəttin nə zaman istifadəyə verilməsi dəqiqləşdirilməyib.

"Hələlik görüləcək işlər çoxdur. Müəyyən texniki problemlər olduğu üçün ola bilsin ki, həmin xəttin istismara verilmə müddəti bir qədər uzansın”, - deyə Nəsimi Paşayev vurğulayıb.

Nəsimi Paşayev açıqlamasında onu da bildirib ki, hazırda metronun bir neçə stansiyasındakı keçidlərin təmir işləri də yekunlaşır. Onun sözlərinə görə, hazırda "Nəriman Nərimanov”, "Gənclik”, "İnşaatçılar” stansiyasında keçidlərdə təmir işləri sürətlə gedir.

"İşlər Novruz bayramı ərəfəsində yekunlaşacaq. Təmirdən sonra keçiddə müəyyən edilmiş yerlərdə kitab, qazet kimi məhsullar satılacaq. Bundan əlavə, orada su, danışıq kartları və s. satan aparatlar quraşdırılacaq”, - deyə Nəsimi Paşayev bildirib.

Metropoliten rəsmisi "28 may” metronunun əsas girişinin nə zaman istifadəyə veriləcəyi günü isə hələlik dəqiq bilinmir. Onun sözlərinə görə, yaranmış texniki problemlərlə əlaqədar girişin istismarı azı 3 ilə qədər yubana bilər.

ANN.Az
 










0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb