ANN.Az "Report"a istinadən xəbər verir ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata əsasən, bundan əvvəl də hər iki xətt mütəmmadi istifadə olunmurdu, bir xətdən gələn qatar digəri ilə yola salınırdı.
Relslərdə heç bir problemin olmadığını deyən mətbuat katibi tunelin boya işləri və korroziyanın yol açdığı bəzi problemlərdən dolayı sağlamlaşdırma işləri üçün bağlandığını bildirib.
Qeyd edək ki, xətt fevralın 9-da bağlanıb və ilin sonuna qədər açılmağı planlaşdırılmır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !