Metronun bu stansiyasında təmir işləri aparılacaq

23:25 | 13.09.2024
Metronun bu stansiyasında təmir işləri aparılacaq

Metronun bu stansiyasında təmir işləri aparılacaq

Bakı metrosunun "Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb.Bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi qeyd edib ki, müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmir işlərinə başlanılacaq.

O həmçinin deyib ki, təmirlə əlaqədar Bakı metrosunda qatarların hərəkət qrafiki əsas olmaqla baş verəcək dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür