"Qara Yanvar” faciəsi ilə bağlı "20 Yanvar” metrostansiyası qərənfillərlə bəzədiləcək.
Bu barədə anews.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
N. Paşayevin sözlərinə görə, artıq tədbirlər planı təsdiqlənib və 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə start verilib.
"Ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək. Həmin gün vaqonlarda musiqi səsləndirilməyəcək.
Bütün stansiyalarda matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da faciə qurbanları bir dəqiqəlik sükutla yad ediləcək. Qatarlar fit verəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !