Bu gün saat 12:30 radələrində "Neftçilər” metrosu ətrafında bomba həyəcanı yaşanıb.
ANN.Az Musavat.com-a istinadən bildirir ki, naməlum şəxs rabitə qovşağından "102” xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.
Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər.
Nizami Rayon Polis İdarəsi 24-cü və 25-ci bölmələrinin əməkdaşları "Magnit” ticarət mərkəzinin ətrafında olan şəxsi müəyyənləşdirmək üçün bütün obyektlərin təhlükəsizlik kamerasını nəzarətə götürüblər.
Hazırda proses davam etdirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !