Ötən gün Bakı metrosunda vətəndaşa zor tətbiq edərək onun telefonunu alıb qaçan şəxslərdən biri tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda metronun “Ulduz” stansiyasında Bakı şəhər sakini Rəhman Hacıyev və digər bir şəxs, Füzuli rayon sakini Baloğlan Abdullayevin mobil telefonunu zorla əlindən alıb qaçıb. Bu zaman Rəhman Hacıyev orada xidmətdə olan Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Hazırda digər şəxsin tutulması üçün əməliyyat tədbirləri keçirilir.Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !