"Bakıkart"ın üzərindəki yazılar səhvdir. Növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacaq.
Bunu Oxu.Az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbəsinin rəisi bidlrib ki, hazırda səhv yazılmış kartların satışı davam edir.
"Növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacaq”.
Qeyd edək ki, "Bakıkart”ın üzərində "Kartı rəsmi satış məntəqəsindən alınız”, "Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, "Kartınızı zədələməyiniz” kimi cümlələr yer alır. "Alınız”, "ediniz”, "zədələməyiniz” kimi ifadələrin işlədilməsinin düzgün olmadığını deyən mütəxəssislər bunu Azərbaycan dilinə hörmətsizlik kimi dəyərləndirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !