“Təssüf ki, bu xəbəri dəqiqləşdirmədən bütün sayt və qəzetlər istinad edib işıqlandırıblar. Deyilənlər şayiədən başqa bir şey deyil”.Bu sözləri “Axar.az”a açıqlamasında Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva Metropoliteni fransız şirkətinin çalışdıracağı ilə bağlı xəbərlərə aydınlıq gətirərkən dedi.O bildirdi ki, Metropolitenin hazırda diqqət mərkəzində olduğunun səbəbini yaxşı başa düşür: “Metropoliten rəisi dəyişdiyi üçün hamı dəyişiklik gözləyir və diqqətdə saxlayır. Bu şayiələrin də səbəbi budur. Ancaq heç bir fransız şirkətindən söz belə getmir”.Qeyd edək ki, yeni yaradılmış ASC-nin səhmlərinin 49 faizə qədərinin xarici şirkətlərdən birinə satılması ilə bağlı mediada xəbərlər yayılıb. Məlumatda deyilir ki, belə bir addım keyfiyyət dəyişikliyi səbəbindən atılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !