Metropoliten sədrindən etiraf

12:56 | 31.10.2014
Metropoliten sədrindən etiraf

Metropoliten sədrindən etiraf

"Bakı şəhərində sərnişindaşımanın təqribən 30 faizi metronun payına düşür. Bu isə orta hesabla gün ərzində 550 000 sərnişin daşınması deməkdir".ANS PRESS-in məlumatına görə, bunu "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov YAP-ın veb saytına müsahibəsində deyib.O bildirib ki, gün ərzində maksimum göstəricimiz 700 000-dən artıqdır: "Hal-hazırda metroda sərnişin sıxlığı kifayət qədər yüksəkdir və metroya üstünlük verən sərnişinlərin sayı ilbəil artır. Odur ki, qabaqlayıcı tədbirlər görülməkdədir. Yeni xətlərin və stansiyaların tikintisi bu sektorun inkişafına və gələcək çətinliklərin qarşısının alınmasına zəmin yaradır"."Bakı Metropoliteni”nin sədri qeyd edib ki, yeni xətlərin və stansiyaların istifadəyə verilməsindən sonra paytaxt nəqliyyatında sərnişindaşıma baxımından metronun yeri daha çox əhəmiyyət kəsb edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM