Metropolitendə struktur dəyişikliyi olacaq

16:40 | 05.03.2014
Metropolitendə struktur dəyişikliyi olacaq

Metropolitendə struktur dəyişikliyi olacaq

“Bu, sadəcə olaraq jurnalistlərin öz təxəyyüllərinin məhsuludur”. Bu sözləri “Axar.az”a açıqlamasında Bakı Metropolitenində jurnalistlərə tədbiq olunan qadağayla əlaqədar yayılmış informasiyaya cavab olaraq qurumun Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. O, metroda jurnalistlər üçün heç bir qadağanın olmayacağını bildirib: “Bu informasiya heç bir həqiqəti əks etdirmir. O jurnalistlər başqa mövzuyla əlaqədar gəlmişdilər. Mənimlə isə heç görüşməmişdilər. Yazdıqlarının hər biri isə təxəyyül məhsuludur. Başqa heç bir şey. Axı necə ola bilər ki, yeni təyinatdan sonra belə qadağa tədbiq olunsun! Bu, sadəcə gülüncdür. Bizim mətbuatla əlaqələrimiz daha da genişlənəcək”. Mətbuat katibi həmçinin Metropolitendə struktur və kadr dəyişikliyinin olacağını da qeyd edib: “Metropolitenin strukturunda dəyişikliklər gözlənilir, əlbəttə ki, kadr dəyişikliyi də. Kimin gedib, kimin qalacağı ilə bağlı isə indidən bir söz deyə bilmərəm”. Qeyd edək ki, bu gün mediada Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynovun jurnalistlərə informasiyanın verilməsi ilə bağlı qadağalar tədbiq etməsi ilə bağlı xəbər yayılıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb