Metropolitendən həbs xəbərinə reaksiya

11:35 | 25.04.2014
Metropolitendən həbs xəbərinə reaksiya

Metropolitendən həbs xəbərinə reaksiya

Xəbər verildiyi kimi, bu gün "Azadlıq" qəzeti Bakı Metropolitenində ciddi korrupsiya yoxlamaları aparıldığı barədə məlumat yayıb.Məlumatda qeyd olunur ki, Metropolitendə aparılan yoxlamalardan sonra həbslərə start veriləcək. “Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Bakı Metropoliteni ilə əlaqə saxlayıb. Metropolitendən “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda qurumda heç bir yoxlama aparılmır: “Hər şey qaydasındadır. Yayılan xəbər həqiqəti əks etdirmir. Hazırda hər kəs öz işinin başındadır. Metronun səviyyəsini dünya standartlarına çatdırmaq üçün gecə- gündüz işləyirik”. Metropolitendən həmçinin 20 yanvar metrosundakı ticarət obyektləri ilə bağlı son günlər mediada yayılan xəbərlərə də münasibət bildirilib:"20 yanvar metrosunun  giriş -çıxış yerlərində olan bütün ticarət obyektləri yığışdırılıb. Qalan köşklər piyada keçidlərindədir. Həmin keçidlər isə Metropoliten ərazisinə daxil deyil.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM