Metropolitendən son xəbərdarlıq

11:58 | 21.05.2014
Metropolitendən son xəbərdarlıq

Metropolitendən son xəbərdarlıq

“Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Ancaq müəyyən səbəblərdən tikinti dayandırılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, elektrik deposunun tikintisinin dayandırılmasına səbəb orada məcburi köçkün və digər mülki şəxslərin yaşamasıdır. Onun sözlərinə görə, siyahıyaalma zamanı orada 83 məcburi köçkünün yaşadığı və cəmi 217 yaşayış sahəsi olduğu müəyyən olunub. N.Paşayev bildirib ki, yerli sakinlərə hər kvadrat metrə görə 720 manat kompensasiya ödənilib və onlar evlərini tərk etməyə razı olublar. Lakin 6 ailə köçməkdən imtina edib. Bu gün Metropoliten evlərini tərk etmələri üçün həmin ailələrə son xəbərdarlıq edib.

Metropoliten sözçücü bildirib ki, həmin 6 ailəyə də digərləri kimi Mehdiabadda məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillər ayırıb, lakin onlar köçməkdən imtina edirlər. Narazı sakinlər isə jurnalistlərə deyirlər ki, bura şəxsi yaşayış evləridir, onlara verilən mənzillər isə müvəqqəti sığınacaqdır. İcra hakimiyyətinin nümayəndəsi isə bildirib ki, həmin sakinlərin yaşadıqları evlər qanunsuz evlərdir. Sakinlər buna etiraz edərək qeyd ediblər ki, necə qanunsuz ola bilər ki, bu evləri tikmişik və neçə illər həmin mənzillərdə yaşamışıq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM