Meyitdən orqan köçürülməsi üzərində iş aparılır

13:30 | 13.12.2017
Meyitdən orqan köçürülməsi üzərində iş aparılır

Meyitdən orqan köçürülməsi üzərində iş aparılır

"Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”.

AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib. Onun sözlərinə görə, donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir.

"Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra etmişik. Xəstələr öz aralarında qan qrupları uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il 1 cütə belə əməliyyat icra olunub. 3 cüt də hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaqlar".

Şöbə müdiri qeyd edib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti