Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Məcid Nuxiyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi olub. O, əslən Kürdəmir rayonundandır. Bir müddət əvvəl Nuxiyev qışda soyunaraq küçədə qarın üstündə uzanmışdı və fotoları sosial şəbəkələrdə yayılmışdı. Onun bədənində döymələr olub və bəzi sosial şəbəkə istifadəçiləri bunun Nuxiyevin kriminal keçmişinə işarə edə biləcəyini yazıblar.
Nuxiyevin ölümünün intihar, yoxsa qətl olduğunu Türkiyə polisi araşdırır.
* * *
Türkiyənin Antalya bölgəsinin Finike qəsəbəsində azərbaycanlı iş adamı Məcid Nuxiyevin (Medzhyd Nukhıyev) meyiti yaşadığı evin yataq otağındakı şkafdan asılmış halda tapılıb.
Fevral ayından bəri qəsəbənin Yeni məhəllə adlanan ərazisində tək yaşayan azərbaycanlı 64 yaşlı biznesmendən xəbər ala bilməyən ev sahibi ötən gün onun yaşadığı mənzilə gedib. O, qapını nə qədər döysə də, açan olmayıb və evdən gələn kəskin qoxudan şübhələnərək polisə müraciət edib.
Əraziyə gələn polis əməkdaşları qapını xüsusi alətlərlə açaraq evə daxil olublar. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında elektrik kabeli ilə boynundan asılmış vəziyyətdə tapılıb.
"Azadinform” agentliyinin yaydığı nekroloqda isə belə deyilir:
"Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə nümayəndəsi Məcid Nuxiyev dünyasını dəyişib. Azadinform xəbər verir ki, M.Nuxiyev Türkiyədə rəhmətə gedib. Mərhumun cənazəsi doğuldu Kürdəmir rayonuna gətiriləcək və orada dəfn olunacaq. M.Nuxiyev uzun illər idi ki, Lvov şəhərində yaşayırdı. O bu şəhərdə Azərbaycan diasporunun inkişafında xeyli əmək sərf etmişdi. M.Nuxiyev dünya azərbaycanlılarının Bakıda keçirilən sonuncu qurultayında iştirak etmişdir. Allah rehmet eləsin.”
İlkin təhqiqat zamanı məlum olub ki, biznesmen təxminən 5-6 gün əvvəl ölüb. Meyit Antalya Məhkəmə tibb ekspertizasına aparılıb, faktla bağlı araşdırma aparılır.
Mənbə M.Nuxiyevin Antalyada portağal biznesi ilə məşğul olduğunu yazır. İş adamı ilə bağlı əlavə məlumat öyrənmək mümkün olmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !