"Meymun çiçəyi" LGBT fərdləri arasında daha çox yayılır - ÜST

18:24 | 20.05.2022

"Meymun çiçəyi" LGBT fərdləri arasında daha çox yayılır - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı "meymun çiçəyi" xəstəliyinin yayılması ilə bağlı aparıcı mütəxəssislərin iştirakı ilə toplantı keçirəcək. Bu barədə The Telegraf  məlumat yayıb. 
 
ÜST bildirir ki, iclasın  gündəliyində virusun necə yayılması, LGBT fərdi olan kişilərdə bu xəstəliyi yoluxmanın qeyri-adi yüksək templə getməsi və əlbəttə dünyada xəstəliyə arşı nə  qədər peyvənd ehtiyatının olması məsələləri müzakirə ediləcək.

İngiltərədə meymun çiçəyi epidemiyası iki dəfə artıb. Səhiyyə Naziri Sajid Cavid ancaq cümə günü daha 11 nəfərdə bu xəstəliyin aşkarlandığını bildirib.

Səhiyyə orqanları cümə axşamı artıq ölkədə 9 nəfərin bu xəstəliyə tutulduğunu bilrmişdi. Cümə günü xəstələnən 11 nəfəri də bura əlavə edəndə demək olar ki,  Böyük Britaniyada "meymun çiçəyi"nə yoluxmuşların sayı 20-yə çatıb. Bu isə ölkə daxilində xəstəliyin nəzarətsiz şəkildə yayılmasına qarşı hər hansı tədbir görülmədiyinə dəlalət edir. 

Yoluxma hallarının artması ilə bağlı dövlət orqanları, bu xəstəliyə məruz qalmış insanların tələbinə əsasən  çiçək vaksinlərinin sifarişini artırmaq üzərində düşünür. 

Hazırda Böyük Britaniyada ehtiyatda 5,000 doza peyvənd var. Bundan əlavə 20,000 peyvənd sifariş edilib.

Cavanşir Qasımov 


www.anews.az
2
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM