Meymunlar əlil insanlara kömək edəcək - Yeni Qanun

19:27 | 22.01.2014
Meymunlar əlil insanlara kömək edəcək - Yeni Qanun

Meymunlar əlil insanlara kömək edəcək - Yeni Qanun

Amerikanın Kentukki ştatının rəhbərliyi fiziki qüsurlu insanlara itlərin və meymunların kömək etməsiylə bağlı qanun layihəsinə baxacaq. Rəsmilərin fikrincə, heyvanlar bu rolun öhdəsindən layiqincə gələ bilərlər. 

ANN.Az-ın "Fox News"a istinadən verdiyi xəbərə görə, hazırki qanun layihəsinin təşəbbüskarları olan elm adamlarının fikrincə, meymunlar onların sahiblərinin eləmək iqtidarında olmadığı bir çox məsələləri layiqincə yerinə yetirmək iqtidarındadırlar. Məsələn, işıqları söndürmək, magnitofona disk yerləşdirmək və kitabın səhifəsini çevirmək və s. 

Zooloqlar meymunların ən böyük üstünlüyünün uzunömürlülük olduğunu bildirirlər, onlar 40 il yaşaya bilirlər. Beləliklə, onların sahibləri  bir ömür davam edəcək bir dostluq qazana bilərlər. Maraqlıdır ki, meymunlardan istifadəyə ancaq evdə icazə verilir. Küçədə və ictimai yerlərdə onlardan köməkçi kimi istifadə etmək qadağandır. Bu, inqilabi qanun layihəsinin təzəlikcə ortalığa atılmasına baxmayaraq, ABŞ-da meymunlara 1979-cu ildən bəri təlim keçirilir. 35 il ərzində xeyriyyə məqsədli qeyri-kommersiya təşkilatları 90-dan çox ağıllı və həssas meymun tərbiyə etməyə müvəffəq olublar. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM