Meyreleş "Fənərbaxça"dan ayrılır

09:16 | 26.12.2013
Meyreleş "Fənərbaxça"dan ayrılır

Meyreleş "Fənərbaxça"dan ayrılır

"Fənərbaxça" klubunun yarımmüdafiəçisi Raul Meyreleş komandadan ayrılmaq istədiyini bildirib.Qol.Az-ın məlumatına görə, komandanın əsas heyətindən kənarda qalan portuqaliyalı futbolçuya artıq təkliflər də var.Belə ki, İtaliyanın "Napoli", Portuqaliyanın "Porto" və Almaniyanın "Volfsburq" klubları 30 yaşlı futbolçunun xidmətində maraqlıdır. Hər üç klubun Meyreleş üçün 6-7 milyon avro təzminat ödəməyə hazır olduqları bildirilir. Futbolçunun hansı qərarı verəcəyinə yanvar ayında aydınlıq gələcək.Qeyd edək ki, Meyreleş 2012-ci ildə 10 milyon avro müqabilində "Çelsi"dən "Fənərbaxça"ya transfer olunmuşdu. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM