Azərbaycan Qarabağın azərbaycanlı və erməni əsilli sakinləri arasında fərq qoymur, onların hamısı parlament seçkilərində iştirak edə bilər. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
"Bunlar Milli Məclisə (ərazi bütövlüyü bərpa edildikdən sonra) ilk seçkilərdir, ona görə də biz onları Qələbə seçkiləri adlandıra bilərik. İşğaldan azad edilmiş ərazilərdə 55 daimi seçki məntəqəsi var, əlavə olaraq, beş günlük səyyar seçki məntəqələri yaradacağıq”, - Pənahov bildirib.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !