Məzar daşları da elektronlaşır - FOTO

12:57 | 06.11.2015
Məzar daşları da elektronlaşır - FOTO

Məzar daşları da elektronlaşır - FOTO

İsveçdə fəaliyyət göstərən bir çox dəfn firmaları tələb olunarsa, məzar daşlarına ölən adam haqqında məlumatları, fotoları, videoları yaddaşında saxlayan QR-kodlarla da təmin edir. Hətta buna tələbat günü-gündən artır

QR kodu (ingiliscə "Quick Response Code" - "tez cavab" deməkdir) — ştrix kodların növlərindən biri hesab olunur. 1994-cü ildə təkmilləşdirilmiş QR kodunun patenti Yaponiyanın Denso şirkətinə məxsusdur. Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür.
 
 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İsveç Dəfn Büroları Birliyinin (Sveriges Begravningsbyråers Förbund) sədri Ulf Lerneus indiyə qədər yer darlığından məzar daşıları üzərinə vəfat edən adamın yalnız adının, soyadının, doğum və ölüm tarixlərinin yazıldığını qeyd edib. 

Onun sözlərinə görə, son vaxtlar əzizləri ölən adamın fotolarını, videosunu, haqqında olan geniş məlumatı yaddaşında saxlayan QR-kodların məzar daşının üstünə vurulmasına daha çox maraq göstərir. Hətta buna tələbat günü-gündən sürətlə artır.

Belə ki, məzarlıqda olan adamlar qəbir daşı üzərindəki QR kodunu oxumaq üçün özünün ağıllı telefonunu onun üzərinə tutmalıdır. Bu zaman telefonlara endirilən aplikasyonlar vasitəsilə ölən adam haqqında geniş məlumat, fotoları, videosu və digər informasiyalar rahatlıqla oxunacaq. 

 
 

  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM