Anews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, builki məzunlar artıq son zəng hazırlıqlarına başlayıblar.
11-ci sinif şagirdləri həmin günü qeyd etmək üçün indidən restoranlarda yer sifariş ediblər.
Restoran inzibatçılarının sözlərinə görə, şagird sayı az olduğu üçün onlar kiçik zalları sifariş edirlər.
Həmin ərəfədə Ramazan ayı olduğu üçün restoranlarda toylar demək olar ki, olmayacaq. Bu səbəbdən də şadlıq evinin sahibləri məzunlar üçün ucuz və yaxşı menyu hazırlayıb. Məsələn, əvvəllər 35-40 manata olan menyular şagirdlərə 18, 20 və 25 manata təklif edilir.
Təhlükəsizliyi təmin etməkdən ötrü məzunlar tərəfindən sifariş olunan restoranlar spirtli içkiləri menyudan çıxarıblar. Əgər hansısa məzun kənarda spirtli içki içib gələrsə, onlar restoranın təhlükəzilik əməkdaşları tərəfindən uzaqlaşdırılacaqlar. İnzibatçılar hətta bununla bağlı şagirdlərə əvvəlcədən məlumat da veriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !