"Müharibə vaxtı əldə olunan “status-kvo”ya arxayın olmaq olmaz"

15:07 | 04.12.2014

"Müharibə vaxtı əldə olunan “status-kvo”ya arxayın olmaq olmaz"

"Azərbaycan ərazilərində təxribat xarakterli və irimiqyaslı hərbi təlimlər həmsədrlərin tərəflər arasında etimad mühiti yaratmaq cəhdlərinə zərbə vurmuş oldu”

"Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin eskalasiyasına gətirib çıxara biləcək əsas faktordur”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən iclasındakı çıxışında deyib.

Nazir bildirib ki, Soçi, Uels və Paris görüşündə müəyyən irəliləyişlərə ümid yaranmış, danışıqlarda pozitiv məqamların görünməsinə başlanmışdı: "Lakin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində təxribat xarakterli və irimiqyaslı hərbi təlimlərə başlaması həmsədrlərin tərəflər arasında etimad mühiti yaratmaq cəhdlərinə zərbə vurmuş oldu. Ermənistan rəhbərliyi anlamalıdır ki, müharibə vaxtı əldə olunan "status-kvo”ya arxayın olmaq olmaz. Biz dəfələrlə bildirmişik ki, sülh sazişinin hazırlanmasına başlamağa hazırıq. Lakin qarşı tərəf də vəziyyətin konsolidasiyasına hazır olmalıdır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM