Türkiyənin İsparta mahalına bağlı Sav qəsəbəsinin bələdiyyə başçılığı AKP namizədi Mustafa Uysaldan alınaraq MHP üzvü Mustafa Avşara verilib.Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, seçkinin nəticəsinə hiylə qarışdırıldığı və AKP-çi namizədin xeyrinə artıq səslər yazıldığı iddiası ilə mərkəzi və rayon seçki qurumlarına şikayət edən milliyyətçilərin şikayəti təmin edilib.Səslərin yenidən sayılması nəticəsin MHP üzvü olan namizəd Mustafa Avşar 4 səs fərqiylə bələdiyyə başçısı seçilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !