Son vaxtlar maliyyə çətinlikləri yaşayan "Microsoft” korporasiyası "web reklam” bölməsini bağlayaraq təxminən 1 200 adamı işdən çıxaracaq.
"Report” xəbər verir ki, bu barədə "Bloomberg News” məlumat yayıb.
Məlumata görə, bağlanacaq bölmənin bəzi işçiləri "AOL” və "AppNexus”a transfer ediləcək. Bir qisim işçiyə isə fərqli mövqelərdə vəzifələr təklif olunacaq.
"Microsoft”da işdən çıxarmalara əsas səbəb kimi şirkətin CEO-su Satya Nadellanın əməliyyatlarda fərdi kompüter, bulud platforması və iş məhsuldarlığı olmaqla 3 əsas sahəyə fokuslanması, buna görə də bir sıra xüsusi əhəmiyyəti olmayan bölmələrin bağlanması göstərilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !