“Microsoft” Korporasiyası “iPhone”, “iPad” və “Android” platformalı planşetlər üçün “Office” proqramında yenilik tətbiq edib.
ANN.Az AzərTAc-a istinadən xəbər ki, bu haqda məlumatı “Microsoft Azerbaijan” şirkəti verib. Bildirilib ki, artıq sənədlərin yaradılması və redaktəsi üçün “Office”ə abunə olmaq lazım gəlməyəcək. “Microsoft” mobil cihazlar və bulud xidməti istifadəçilərinə genişfunksionallı “Office” alətlərini təklif edir. “iPad” və “iPhone” üçün “Office”in yeni tətbiqləri 136 ölkədə 29 dildə istifadə olunacaq, eyni zamanda “iOS 7.0” və ya daha son versiya əməliyyat sistemli cihazlar üzərində işləyəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !