“Microsoft” paroldan imtina edir

14:35 | 19.03.2015
“Microsoft” paroldan imtina edir

“Microsoft” paroldan imtina edir

"Microsoft" korporasiyası cari ilin yayında çıxarılacaq "Windows 10" əməliyyat sistemi (ƏS) üçün "Windows Hello" təhlükəsizlik funksiyasının köməyi ilə parollardan tamamilə imtinaya hazırlaşır.

Yeni funksiya istifadəçilərə barmaq izi, sifət və ya gözün qüzehi qişasının köməyilə öz kompüterlərini blokdan çıxarmağa və veb-saytlara giriş əldə etməyə imkan verəcək.

"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, biometrik identifikasiya sisteminin "Windows 10" platformasına inteqrasiyası gələcəyə hesablanmış addımdır.

"Microsoft"un nümayəndəsi bildirib ki, "Windows Hello" funksiyası nəticəsində sistemə öz sifətini göstərmək və ya qurğuya barmaqla toxunmaq kifayətdir, o, istifadəçini "tanısın".

Şirkətdən bildirilib ki, yeni funksiya adi parollarla müqayisədə daha rahat və təhlükəsizdir. "Windows Hello" kommersiya təşkilatları tərəfindən irəli sürülmüş təhlükəsizlik tələblərinə cavab verir. Sistem istifadəçiləri kompüter qurğularında və ya şəbəkə serverində öz parollarını saxlamaq ehtiyacından xilas edir ki, bu da kibercinayətkarların işini ağırlaşdırır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM