Dünyanın proqram təminatı sahəsində aparıcı şirkəti olan "Microsoft”un bazar dəyəri 600 milyard dolları ötüb.
Anews.az Lent.az-a istinadən xəbər verir ki, bu haqda oktyabrın 19-da birjada aparılan ticarət əməliyyatlarının yekununda məlum olub. Sonuncu dəfə şirkət 2000-ci il yanvarın 3-də bu səviyyədə qiymətləndirilmişdi.
"Microsoft” səhmlərinin dəyəri 0,4% artaraq, 77,91 dollara çatıb. Bu ilin əvvəlindən səhmlər 25,4% bahalaşıb. Ekspertlər "Microsoft”un "bulud” texnologiyaları sahəsindəki uğurlar sayəsində dirçəldiyini bildirirlər.
Bazar dəyərinə görə "Apple” (800 milyard $) birinci, "Alphabet” isə (690 milyard $) ikinci sıradadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !