Azərbaycanda sosial evlərin tikintisi ilə məşğul olan "Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) əcnəbi şirkət tərəfindən məhkəməyə verilib.
Qafqazinfo-nun verdiyi xəbərə görə, Türkiyənin "İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, MİDA-ya qarşı iddia qaldırıb. Ərizədə MİDA-nın borclu olduğu 8317,40 manat məbləğində pulun alınaraq, onlara ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilib.
Araşdırma zamanı məlum olub ki, iddia ərizəsi MİDA-ya poçt vasitəsilə göndərilsə də, onların iddia ərizəsini aldığına dair sübut məhkəməyə təqdim edilməyib. Buna görə də işə mahiyyəti üzrə baxılması təxirə salınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !