Mikayıl Cabbarov bu federasiyadan da getdi

19:07 | 08.12.2021
Mikayıl Cabbarov bu federasiyadan da getdi

Mikayıl Cabbarov bu federasiyadan da getdi

Azərbaycan Badminton Federasiyasının yeni prezidenti bəlli olub.

"Qafqazinfo” xəbər verir ki, bundan sonra federasiyaya Taleh Ziyadov rəhbərlik edəcək. 

O, bu postda iqtisadiyyat naziri Mikayıl Cabbarovu əvəzləyib. 
Qeyd edək ki, T.Ziyadov "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin baş direktorudur.
Xatırladaq ki, Mikayıl Cabbarov 2015-ci ildən Azərbaycan Badminton Federasiyasının prezidenti idi. 

Onu da əlavə edək ki, M.Cabbarov bir müddət əvvəl Qılıncoynatma Federasiyasından da getmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM